DÜNYA ÖZ XƏBƏR

İŞİD-ə qarşı əməliyyat: 19 nəfər saxlanıldı, digər beş nəfər isə...

Türkiyənin paytaxtı Ankarada terror təşkilatı İŞİD-ə qarşı əməliyyat başladılıb.

32gun.az yerli mətbuata istinadən xəbər verir ki, əməliyyatlar paytaxtın müxtəlif bölgələrində İŞİD üzvləri ilə əlaqələri olan 24 əcnəbi vətəndaşa qarşı keçirilib.

Ankara polisinin verdiyi məlumata görə, istintaq tədbirləri nəticəsində hazırda 19 xarici ölkə vətəndaşı saxlanılıb. Digər 5 nəfərin axtarışları davam etdirilir.

Bildirək ki, saxlanılan şəxslər deportasiya edilmək üçün İmmiqrasiya İdarəsi qruplarına təhvil veriləcək.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər