
Xəbər verdiyimiz kimi, altı yaşlı qızın evləndirilməsi ilə bağlı cinayət işi başladılmışdı.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sözügedən hadisədə təqsirli bilinən şəxslərlə bağlı yekun qərar sabah veriləcək.
Qeyd edək ki, məhkəmə prosesi Anadolu 2-ci Ağır Cəza Məhkəməsində baş tutacaq.
Xatırladaq ki, hadisə cari ilin fevral ayının 27-də İstanbulda yaşanıb. Belə ki, Hiranur Vəqfinin qurucusu Yusuf Ziya Gümüşelin 6 yaşlı qızını evləndirdiyi iddiası ilə istintaq başladılmışdı. Başladılan istintaq çərçivəsində Y.Z.Gümüşellə yanaşı, azyaşlının anası Fatimə Gümüşel və nikaha girdiyi Kadir İstəkli barəsində cinayət işi açılmış, azyaşlının atası və evləndirildiyi şəxs həbs edilmişdi.
Nurlan Şiraliyev