Türkiyədə turistləri daşıyan avtobus qəzaya düşüb.
32gun.az yerli mətbuata istinadən xəbər verir ki, alman turistləri daşıyan avtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub. Toqquşmanın şiddətindən yoldan çıxan avtobus aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü ölüb, avtobusda olan 24 nəfər isə yaralanıb. Bildirək ki, yaralanan şəxslərdən 22 nəfəri alman vətəndaşlarıdır.
Qəza tursitlərin qaldığı otelə dönərkən saat 14.30 radələrində baş verib.
Qeyd edək ki, hazırda araşdırmalar davam edir.
Nurlan Şiraliyev