PKK terror təşkilatının iki üzvü təslim olub.
32gun.az xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə nazirliyi məlumat yayıb.
Nazirlikdən mövzu ilə bağlı verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Türk Silahlı Qüvvələrinin qətiyyətli əməliyyatları nəticəsində terror təşkilatı PKK-nın parçalanması davam edir. İraqın şimalındakı sığınacaqlardan qaçan 2 terrorçu Haburdakı Sərhəd məntəqəmizə təslim oldu".
Nurlan Şiraliyev