Türkiyənin Sinop şəhərində gecə saatlarında dəhşətli qətl hadisəsi yaşanıb.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, saat 22.30 radələrində ikisi ata-oğul olmaqla, üç nəfər arasında naməlum səbəbdən mübahisə baş verib.
Tərəflər arasındakı mübahisə qanla nəticələnib. Belə ki, İsmayıl G. ata və oğlunu silahla vuraraq yaralayıb. Silah səslərini eşidən şəxslər dərhal polisə məlumat verib. Gerze Dövlət Xəstəxanasına aparılan yaralıların həyatını xilas etmək mümkün olmayıb. Qətldə şübhəli bilinən İsmayıl G. bir müddət sonra polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Nurlan