Karabükdəki Filyos çayında cansız cəsədi tapılan 17 yaşlı Qabon əsilli Jeannah Danys Dinabonqyo İbouanqanın ölümü ilə bağlı istintaq davam edir.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, istintaq zamanı yeni məlumatlar əldə edilib. Karabük Universitetində maşın mühəndisliyi fakültəsinin tələbəsi olan Dinabonqyonun itkin düşməzdən əvvəl anasına göndərdiyi səsli mesajlar üzə çıxıb.
Dinabonyo itkin düşəməmişdən bir gün əvvəl anasına Karabükdə onunla pis rəftar edildiyini və öldürülə biləcəyi ilə bağlı səsli mesajlar göndərib.
Anasına yalvardığı görünən gənc qız səsli mesajlarında belə deyib: “Dedilər ki, imtahandan keçsəm, Sakaryada oxumağıma heç bir maneə yoxdur.
Niyə qorxursan? Məni buraxın gedim, sənə yalvarıram, ana. Xahiş edirəm yalvarıram. Burda bizimlə necə davrandıqlarını bilmirsən, bildiyin kimi deyil. Mən burada qalmaq istəmirəm, məni icazə ver gedim. Mən də atamdan icazə alım, gedim buradan”.

Qabona göndərmək istədiyi telefonla bağlı yaşadığı problemlərə görə çox üzüldüyünü də açıqlayan Dinabongho anasının Sakaryaya getməsinə müsbət cavab vermədiyi ortaya çıxıb.
Hadisənin baş verdiyi olayla bağlı bildirirlir ki, bacısından xəbər ala bilməyən qardaşı Orfe Moise vəziyyətlə bağlı rəsmi şəxslərə məlumat verib.
Həmçinin Bazar günü Yeşilköy kəndi yaxınlığından keçən qatarın maşinisti Filyos axınında hərəkətsiz qalan şəxsi görüb və hadisə ilə bağlı polisə, təcili yardıma məlumat veriblər. Hadisə yerinə polis, səhiyyə və xilasetmə qruplar sövq edilib. Meyitin 3 ay əvvəl tələbə kimi Türkiyəyə gələn Dinabonqyoya aid olduğu müəyyən edilib.
Baş Prokurorluğun paylaşdığı ilkin məlumatda gənc qızda cinsi zorakılıq izinin olmadığı, ölümün suda boğularaq baş verdiyini qeyd edilib.

Mərhum gənc qızın dostları "Dina üçün ədalət" şüarları ilə Karabük Universitetində aksiya keçiriblər.

Həmçinin Qabon Respublikasının Ankaradakı səfirliyinin gənc qızın ölümünün səbəbələri ilə bağlı məlumatlandırmaq və məsələni izləmək üçün Xarici İşlər Nazirliyinə nota verdiyi bildirilib.
Digər tərəfdən, Baş Prokurorluq Qabon Respublikasının Ankara səfirliyini təmsil edən vəkil Kerim Bahadır Şekerə istintaq çərçivəsində məlumat verməməsinə, konfidensiallığın qorunması üçün həbs-qətimkan tədbirinin seçilməsi tələbi ilə Sülh Cəza Məhkəməsinə müraciət edib.
Məhkəmə vəsatəti qiymətləndirərək, Cinayət Prosessual Məcəlləsinin “qəsdən adam öldürmə, uşağa cinsi zorakılıq, dövlətin təhlükəsizliyinə qarşı cinayətlər, casusluq” kimi 11 müxtəlif cinayəti əhatə edən 153/2 maddəsinə əsasən məhdudlaşdırılmasına qərar verib.
Qərarla vəkil Şekerin faylın məzmunundan nümunə götürmə və faylı araşdırma səlahiyyəti məhdudlaşdırılıb.
Ayxan