İstanbuldakı özəl xəstəxanalardan birinin müdiri faciəvi şəkildə qətlə yetirilib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, işə getmək üçün evdən çıxan Mehmet İşıq tanımadığı şəxs tərəfindən odlu silahla kürəyindən və başından 8 güllə yarası alıb. 37 yaşlı müdir hadisə yerində dünyasını dəyişib. Qətl törədən şəxs isə hadisə yerindən qaçıb.
Hadisə şahidlərinin xəbərdarlığından sonra hadisə yerinə təcili yardım və polis qrupları cəlb edilib.
Bildirək ki, qətl saat 06.30 radələrində Sancaktəpə adlanan ərazidə baş verib.
Nurlan Şiraliyev