DÜNYA ÖZ XƏBƏR

Geyim bazarında güclü yanğın başlayıb - FOTOLAR

Banqladeşin paytaxtındakı geyim bazarında güclü yanğın baş verib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında başlayan yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Həmçinin, bazarda 3 minə yaxın mağazanın olduğu və bir çoxunun yararsız hala düşdüyü bildirilib.

Bildirək ki, ölən və yaralılarla bağlı hər hansı məlumat yoxdur.

Qeyd edək ki, hadisə yerinə 600-ə yaxın yanğınsöndürən heyəti cəlb edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər