DÜNYA ÖZ XƏBƏR

Nazir istefa verdi - SƏBƏB

Polşanın Kənd Təsərrüfatı naziri Henrik Kovalçik istefa verib.

32gun.az xəbər verir ki, bu barədə nazirin özü məlumat verib.

O, keçirdiyi mətbuat konfransı zamanı polşalı fermerlərin əsas tələblərinin yerinə yetirilə bilməyəcəyini əsas gətirərək istefa verdiyini açıqlayıb.

Xatırladaq ki, bir müddət öncə fermerlər Ukrayna taxılının Polşaya nəzarətsiz idxalına reaksiya verərək hökuməti qiymətlərin aşağı düşməsinə görə tənqid ediblər.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər