DÜNYA ÖZ XƏBƏR

İki əri olan qadın: "Onların sayəsində depressiyadan çıxdım"

"TikTok"da təqribən 1,9 milyon izləyicisi olan “Larissa” kimi tanınan Lari İnqrid adlı sosial şəbəkə fenomen çoxarvadlılıqla bağlı paylaşımları sayəsində diqqət çəkməyi bacarıb.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, brazilyalı qadın eyni vaxtda evli olduğu iki əri sayəsində depressiyadan çıxdığını deyib.

Larisa son açıqlamasında üçüncü həyat yoldaşı axtardığını bildirib.
27 yaşlı  "Larissa" bir qızı və bir oğlu olan 25 yaşlı İtalo Silva və 18 yaşlı Joano Viktorla eyni vaxtda evlənmənin həyatını yaxşılaşdırdığını ifadə edib.

Sosial şəbəkədə tez-tez romantik həyatı ilə bağlı yenilikləri paylaşan brazilyalı qadın  “Artıq depressiyaya düşməyə vaxtım yoxdur. Aramızdakı harmoniya mükəmməldir. Mənim üçün ev işləri görürlər. Əvvəlcə çoxərli olmaq məsələsində tərəddüd edirdik, indi isə başqa kişinin bizə qoşulmasından danışırıq. Amma mən onlara başqa qadını qəbul etməyəcəyimi dedim”- deyə bildirib.

Nilay

Oxşar Xəbərlər