Antalyada suriyalı vətəndaşların yaşadığı ikimərtəbəli evdə yanğın baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün baş verən yanğın zamanı 2 yaşlı qız uşağı həyatını itirib. Həyatını itirən İslam Hammudun əmisi qızı Büşra Hammud (1 yaş) isə ağır yaralanıb. Yaralı təcili xəstəxanaya aparılıb. Hazırda reanimasiyada olduğu bildirilib.
Ailənin bir müddət əvvəl Suriyadan köç etdiyi və yaşadıqları evin yaxınlığındakı istixanada işlədikləri məlum olub.
Bildirək ki, yanğının 5 yaşlı oğlanın yanan sobanın üzərində qoyduğu alışqanın partlaması nəticəsində başladığı müəyyən edilib.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Nurlan