DÜNYA ÖZ XƏBƏR

Gecə saatlarında silahlı insident - Biri polis olmaqla iki nəfər öldü

Qaziantepdə səbəbi hələlik məlum olmayan davada silah səsləri eşidilib. Atışma nəticəsində biri polis əməkdaşı olmaqla iki nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.

32gun.az bildirir ki, Qaziantepdə iki ailə arasında naməlum səbəbdən mübahisə düşüb. İnsident böyüyüb və tərəflər bir-birinə atəş açıb.

Digər qonşular hadisə ilə bağlı polisə məlumat verib.

Olay yerinə polis əməkaşları və təcili yardım avtomobili sövq edilib.

Mehmet Ali Kuş (35) və Əli Çekiç (22) həyatını itirərkən, yaralılardan Saniye D. (45) və Hüseyn Ç. (44) şəhər xəstəxanasına çatdırılıb. Geniş təhlükəsizlik tədbirlərinin görüldüyü bölgədə Xüsusi Təyinatlı Polis Dəstəsi də olub.

Həyatını itirən şəxslərdən biri Kuşun Şahinbəy Rayon Polis Şöbəsində polis məmuru işlədiyi və məzuniyyətdə olduğu bildirilib.

Ayxan

Oxşar Xəbərlər