Tekirdağ şəhərində 35 yaşlı Özge Şeber adlı qadın satışa qoyduğu evinin önündən asdığı plakat diqqət çəkib.
32gun.az Türkiyı KİV-nə istinadə bildirir ki, özəl şirkətlərdən birində çalışan Özge Şeber 1 ildir yaşadığı mənzilini qonşularının səs-küy saldığını əsas gətirərək satışa çıxarıb.
5 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan Şeber satıldığı mənzilin eyvanına evinin satıldığı bildirişi asıb.
Qonşularının səs-küyündən narahat olduğunu və bina rəhbərliyinə etdiyi şikayətlərdən heç bir nəticə ala bilmədiyini deyən Şeber polisə etdiyi müraciətin də uğursuz olduğunu bildirib.
Seberin satışa çıxardığı elanda aşağıdakı yazı yer alıb:
"Satılır. Aşağıdakı pis insanlara görə daha pis insanlara satılır".
O qonşularının gecə saatlarında yüksək səslə musiqi çaldığını və gülərək onu narahat etdiyini iddia edib.
Ayxan