Türkiyənin Konya vilayətində dəhşətli hadisə baş verib.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, yolu keçmək istəyən ana və 5 yaşlı oğlunu tramvay vurub.
Nəticədə 30 yaşlı Menal Şahade hadisə yerində ölüb, 5 yaşlı oğlu isə ağır yaralanıb. Xəstəxanaya aparılan azyaşlının həyati təhlükəsinin olduğu bildirilib.
Çırpılmanın təsirindən 20 metr sürüklənən Suriya əsilli qadın və oğlu xilasetmə qrupları tərəfindən sıxışdıqları yerdən çıxarılıb.
Hazırda araşdırma aparılır.
Nurlan