Türkiyədə keçiriləcək 28-ci dövr parlament seçkilərinin siyahısı Yüksək Seçki Şurasına (YSK) təqdim edilib.
32gun.az xəbər verir ki, namizədlərin siyahısında diqqət çəkən adlar yer alıb.
AK Partiya 20 yaşdan kiçik iki gənci siyahılara daxil edib. Onlar - 19 yaşlı milli üzgüçü Umut Arman Sonay İstanbuldan, 18 yaşlı universitet tələbəsi Nisa Alptekin isə İzmirdən namizəd olub.
Qeyd edək ki, Türkiyədə keçiriləcək prezident və 28-ci dövr parlament seçkiləri mayın 14-də baş tutacaq.
Nurlan Şiraliyev