MƏDƏNİYYƏT - ŞOU

Sankt-Peterburqdakı beynəlxalq tədbirdə ölkəmizi onlar təmsil etdi (FOTO)

Müstəqil Dövlətlər Birliyinə (MDB) Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu Rusiya Federasiyasının Sankt-Peterburq şəhərini 2023-cü il üçün MDB-nin “Mədəniyyət paytaxtı” elan edib.

Bu münasibətlə cari ilin aprel ayında layihənin açılışına həsr edilmiş mətbuat konfransı və MDB ölkələrini təmsil edən bədii və musiqi kollektivlərinin iştirakı ilə konsert keçirilib. 

32gun.az bildirir ki, tədbirdə ölkəmizi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının "Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib. 

Sankt-Peterburqdakı beynəlxalq tədbirdə ölkəmizionlar təmsil etdi

6 aprel 2023-cü il tarixində keçirilən tədbirdə “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının nümayiş etdirdiyi musiqili kompozisiyaya “Odlar yurdu” və “Cəngi” rəqsləri, ifaçılar Rövşən Məmmədov, Şirxan Cahangirov və Mehparə Cəfərovanın ifasında “Qarabağ şikəstəsi”, “Mehriban olaq”, “Sarı gəlin” və “Şən Azərbaycan” mahnıları daxil ediilib.  

Sankt-Peterburqdakı beynəlxalq tədbirdə ölkəmizionlar təmsil etdi

Azərbaycanlı sənətçilərin ifaları böyük maraqlaqarşılanmış və arasıkəsilməz alqışlarla müşayət edilib. 

Qeyd edək ki, 2017-ci ildə MDB-nin “Mədəniyyət paytaxtı” titulunu Gəncə şəhəri daşıyıb. 

 

Oxşar Xəbərlər