DÜNYA ÖZ XƏBƏR

"Heç bir razılaşma bir ayaq üstə dura bilməz..." - Peskovdan sərt açıqlama

"Heç bir razılaşma bir ayaq üstə dura bilməz, iki ayaq üstə durmalıdır. Bu baxımdan indiki vəziyyətdə müqavilənin uzadılması mümkün deyil".

32gun.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmirti Peskov bildirib.

Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Peskov, Taxıl Dəhlizi Sazişinin Rusiyaya aid (Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin daşınması) hissəsinin yerinə yetirilmədiyini qeyd edib.

"Müqavilə tam müddətə deyil, 60 günə uzadılıb. Çünki bu sazişin yarısı yerinə yetirilməyib və bu gün də icra olunmur" - deyə, o, sözlərinə davam edib.

Qeyd edək ki, saziş 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri arasında imzalanıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər