Türkiyədə anti-terror əməliyyatları davam edir.
32gun.az ölkə KİV-nə xəbər verir ki, növbəti əməliyyat İstanbuldakı çörək sexlərindən birində baş tutub.
Axtarışda olan terrorçu Ünal Yiğitin Küçükçekmecedə çörək sexində gizləndiyini müəyyən edilib. Adıçəkilən əraziyə əməliyyat qrupu göndərilib, Ü.Yiğit gizləndiyi şkafdan çıxarılaraq saxlanılıb. İzahatı alındıqdan sonra isə məhkəməyə çıxarılaraq həbs edilib.
Onun verdiyi ünvanlarda aparılan axtarışlardan sonra 250 qram ağırlığında həssas və güclü partlayıcı maddə TATP, 600 ml xlorid turşusu, bombaların hazırlanmasında istifadə edilən 30 qram ağırlığında tüstüsüz barıt və sairə maddi sübut kimi götürülüb.
Nurlan