Avtobus dayanacağında ölü tapılan şəxsin döyülərək öldürülüdüyü məlum olub.
32gun.az xəbər verir ki, hadisə Adana vilayətinin Seyhan rayonunda baş verib.
Belə ki, avtobus dayanacağında gecələyən 53 yaşlı İlker Kattar, onunla birlikdə qalan Murat Ulukan tərəfindən öldürülüb. Buna səbəb isə İlkerin dayanacaq daxilində siqaret çəkməsi olub. Tərəflər arasında mübahisə baş verib. İlker başından aldığı zərbə nəticəsində dünyasını dəyişib. Hadisə ətrafdakı şəxslər tərəfindən lentə alınıb.
Polis tərəfindən saxlanılan Murat Uludağ çıxarıldığı məhkəmə zalında həbs edilib.
Nurlan Şiraliyev