DÜNYA ÖZ XƏBƏR

Ukraynalı nazir Türkiyəyə səfər edəcək

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə görüşəcək.

32gun.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, ukraynalı nazir Kubrakov Hulusi Akarın dəvəti ilə sabah Türkiyəyə səfər edəcək.

Kayseridə baş tutacaq görüşdə ikitərəfli məsələlərin, xüsusilə Türkiyənin təşəbbüsləri ilə yaradılmış taxıl sazişinin müzakirə olunacağı gözlənilir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər