ABŞ-ın Oreqon ştatı yaxınlığında okeanın dibindən “yanğın şlanqı kimi” fışqıran isti maye tapılıb.
32gun.az xarici KİV-ə istinadən bildirir ki, alimlər Sakit Okeanda 965 kilometr uzunluğundakı qırılma xəttində yerləşən dəliyin ABŞ-ın şimal-qərbindəki şəhərləri yerlə-yeksan edəcək dağıdıcı zəlzələyə səbəb ola biləcəyindən narahat olduqlarını bildiriblər.


Məlumata görə, Partlayış dəliyi Oreqon sahil zolağından 80 kilometr aralıda, Şimali Kaliforniyadan Kanadaya qədər uzanan Kaskadiya Subduksiya Zonası kimi tanınan maili qırılmanın sərhəddində yerləşir.

Tədqiqatçıların fikrincə, bu, Sakit okeanın şimal-qərbində 9 bal gücündə zəlzələyə səbəb ola bilər və çuxur zəlzələ üçün lazım olan enerjini təmin edə bilər.

Lakin qırılma xətti boyunca sızma ilk dəfə 2015-ci ildə müşahidə olunub.

Ancaq Vaşinqton Universitetinin (UW) araşdırmasında kimyəvi cəhətdən fərqli mayenin çox təhlükəli olduğunu qeyd edilib.

Tədqiqatçılar bildiriblər ki, bu maye plitələrin rəvan hərəkət etməsinə imkan verir, lakin onun plitələrdə yaratdığı gərginlik dağıdıcı zəlzələ yarada bilər.
Ayxan



