DÜNYA ÖZ XƏBƏR

ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya XİN-ə çağırıldı

ABŞ, Böyük Britaniya və Kanada səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

32gun.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirək ki, səfirlərin çağırılmasına səbəb, Rusiyanın daxili işlərinə kobud müdaxilə və diplomatik statusa uyğun olmayan fəaliyyətlə əlaqəli məsələdir. Belə ki, hər üç ölkənin səfirləri jurnalist Vladimir Kara-Murza barədə çıxarılmış məhkəmə hökmünə qarşı etiraz ediblər.

Xatırladaq ki, ötən gün Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Böyük Britaniya, ABŞ və Kanada səfirlərinin jurnalist Vladimir Kara-Murzanın 25 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı açıqlamalarını ölkənin daxili işlərinə müdaxilə adlandırmışdı.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər