Türkiyənin Əskişəhər vilayətində ağır yol qəzası baş verib.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, zavod işçilərini daşıyan avtobusun yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 31 nəfər isə yaralanıb.
Hadisə yerinə çox sayda polis, səhiyyə və xilasedici qruplar cəlb edilib. Yaralılar xəstəxanaya aparılıb.
Qəza zamanı həyatını itirənlərin kimliyi bəlli olub. Onlar - Özgün Sevim Kök, Yıldız Kollar və Erhan Akbardakdır.
Nurlan Şiraliyev