DÜNYA ÖZ XƏBƏR

Məşhur aktrisa barəsində 2 il 4 ay həbs cəzası istənildi

Türkiyəli aktrisa Hazal Kaya barəsində 2 il 4 ay həbs cəzası istənilib.

32gun.az xəbər verir ki, buna səbəb Musa Orhan adlı şəxsin sosial mediada aktirsa tərəfindən təhqir olunması göstərilib.

Bildirək ki, Musa Orhan Türkiyə SQ-nin uzman çavuş rütbəli əməkdaşıdır. Onun adı 2020-ci ildə 18 yaşlı qızın təcavüzündə hallanır. Belə ki, M.Orhanın İpək adlı qıza təcavüz etdiyi, bununla barışmayan qızın 34 gün sonra intihar edərək aparıldığı xəstəxanada dünyasını dəyişdiyi məlum olub. İpəyin geriyə buraxdığı məktubda da ölümünə səbəb kimi, Orhan tərəfindən təcavüzə uradığı iddia olunub. Hadisə ilə bağlı saxlanılan Orhan barəsində 10 ilədək həbs qərarı çıxarılıb. İddialarla bağlı, sosial media hesabında paylaşım edən türkiyəli aktrisa Ezgi Mola məhkəməyə verilib. Onun barəsində pul cəzası tətbiq olunub. Bundan sonra Hazal Kaya həmkarına dəstək paylaşımı edərək Ezgi Mola barəsində çxıarılan qərarın doğru olmadığını bildirib. O, M.Orhanla bağlı etdiyi paylaşıma görə, Orhanın vəkili tərəfindən məhkəməyə verilib.

Ayxan

Oxşar Xəbərlər