Türkiyənin İzmir vilayətində sərnişin avtobusu qəzaya düşüb.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, idarəetməni itirən avtobus divara çırpılıb. Nəticədə 10 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib. Qəzada xəsarət alan sürücü və 9 sərnişin xəstəxanaya aparılıb.
Nurlan Şiraliyev