Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi hüquqlarını pozduğu üçün Cümhuriyyət Xalq Cəbhəsi (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, məhkəmənin nəticəsi bəlli olub.
Bildirək ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın məlumat verib.
Ankara 38-ci Asliye Cəza Məhkəməsi tərəfindən verilən məhkəmə qərarına əsasən, Kamal Kılıçdaroğlu R.T.Ərdoğana 105 min lirə (9.198 AZN) məbləğində təzminat ödəyəcək.
Nurlan Şiraliyev