Konqo Demokratik Respublikasındakı məktəblərdən birində yanğın baş verib.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 97 nəfər xəsarət alıb.
Yanğının respublikanın cənubundakı Lualaba əyalətindəki katolik məktəbində baş verdiyi ortaya çıxıb. Bildirək ki, məktəbin yataqxanasında başlayan yanğın daha sonra tədris binasına keçib. Onlarla məktəbli qız hadisədən qorxuya düşdüyü üçün təxminən 3 metr məsafədən yerə tullanıb.
Qeyd edək ki, yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Nurlan Şiraliyev