İstanbulun Qaziosmanpaşa bölgəsində çöllük ərazidə 14 yaşlı yeniyetmənin cəsədi aşkarlanıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə yerinə gələn tibbi yardım qrupları yeniyetmənin silahla vurulduğunu müəyyən ediblər.
Qətlə yetirilən şəxsin Fatih Aykut olduğu bildirilib.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Nurlan Şiraliyev