Türkiyənin Muğla şəhərində dəhşətli hadisə baş verib.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, 72 yaşlı Kamil Ö. və gəlini arasındakı mübahisə qanla bitib. Belə ki, ahıl kişi gəlini Xədicə Ö.-nü ov tüfəngi ilə vuraraq qətlə yetirib. Daha sonra isə cəsədi yandıraraq hadisə yerindən qaçıb.
Qandonduran cinayətdən xəbər tutan hüquq-mühafizə əməkdaşları Kamil Ö.-nü meşəlik ərazidə ələ keçiriblər.
Hadisə ilə bağlı istintaq başladıldığı qeyd olunub.
Nurlan Şiraliyev