DÜNYA ÖZ XƏBƏR

Rusiya döyüş təyyarəsi alovlanıb, yerə çırpıldı -VİDEO

Rusiyanın Murmansk vilayətində MiQ-31 tipli döyüş təyyarəsi qəzaya uğrayıb.

32gun.az xarico KİV-ə istinadən bildirir ki, havada alov aldıqdan sonra yerə çırpılan döyüş təyyarəsinin 2 pilotu atma oturacağından istifadə edərək paraşütlə xilas olub.

Təyyarənin düşmə anı da anbaan  qeydə alınıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir:

 "Murmansk bölgəsində planlaşdırılmış təlim uçuşu zamanı MiQ-31 qırıcı təyyarəsi qəzaya uğrayıb. Təyyarə insanların olmadığı yerə çırpılıb. 2 pilot atma oturacağından istifadə edərək paraşütlə xilas olub. Axtarış-xilasetmə helikopterləri pilotları olduqları yerdən çıxararaq təxliyyə ediblər”.

Ayxan

 

Oxşar Xəbərlər