Adnan Oktarın cinayətkar dəstəsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində daha 8 nəfər şübhəli şəxs qismində saxlanılıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyat prosesi İstanbul Respublika Porkurorluğu tərəfindən həyata keçirilib.
Bildirək ki, cinayət təşkilatına bağlılığı olan 14 nəfər müəyyən edilib. Daha sonra həmin şəxslərin saxlanılması ilə bağlı İstanbul, İzmir və Samsunda əməliyyatlar keçirilib. Şübhəlilərdən 8-i saxlanılıb, digərlərinin axtarışları isə davam edir.
Nurlan Şiraliyev