DÜNYA ÖZ XƏBƏR

Şagird rəhbərliyin onu danlamasına əsəbləşib silahla məktəbə gəldi - Yaralılar var

Şanlıurfada yerləşən məktəbdə təhsil alan şagirdlərdən biri dəhşətə saçıb.

32gun.az TürkiyəKİV-nə istinadən bildirir ki, özəl Cezeri Akademiya və Texnologiya Kollecində təhsil alan şagird rəhbərliklə mübahisə etdikdən sonra ov tüfəngini götürərək məktəbə basqın edib.

Əlində silahla kollecin önünə gələn şagird bir neçə dəfə atəş açmağa başlayıb. Təsadüfi atəş nticəsində direktor müavini Suat.A,  mühafizəçi və bir şagird yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisəni törədən şagird isə bölməyə aparılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Ayxan

2

1

Oxşar Xəbərlər