DÜNYA ÖZ XƏBƏR

Məsciddə camaatdan pul yığan şəxs saxlanıldı

Terror təşkilatı PKK/KCK üçün məscid camaatından pul yığdığı iddia edilən şəxs saxlanılıb.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Respublika Prokurorluğu tərəfindən aparılan araşdırmalardan sonra Z.A adlı şəxsin Ramazan ayında Sakaryadakı məscid camaatından pul yığdığı müəyyən edilib. Bunun ardınca adıçəkilən şəxs Terrorla Mübarizə qrupları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilib. Onun evində aparılan axtarışlar zamanı bir sıra sənədlər və pul müəyyən edilərək maddi sübut kimi götürülüb.

Bildirək ki, Z.A çıxarıldığı məhkəmə zalında həbs edilib.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər