Kirovda sərnişin avtobusu qəzaya düşüb.
32gun.az Baza Telegram kanalına istinadən xəbər verir ki, qəzaya sürücünün sükan arxasında yuxuya getməsi səbəb olub. İdarəetməni itirən sürücü yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə 28 nəfər xəsarət alıb. Yaralıların bəzilərinə hadisə yerində kömək göstərilib. Vəziyyəti ağır olan 4 nəfər isə xəstəxanaya aparılıb. Qəza zamanı 3-ü uşaq olmaqla, ölənlərin olduğu bildirilib.
Qəza ilə bağlı cinayət işi açılıb, avtobusun sürücüsü 65 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
Nurlan Şiraliyev