Türkiyənin Milli İstihbarat Təşkilatının ölkə xaricində keçirdiyi əməliyyat nəticəsində terror təşkilatına üzv olan şəxs saxlanılıb.
32gun.az ölkə KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxs PKK/KCK-PYD/YPG üzvü olan Rasim Akyoldur. Adıçəkilən şəxsin uzun müddət axtarışda olduğu, Avropaya qaçmağa cəhd etdiyi məlum olub.
Bildirək ki, R.Akyol əməliyyat nəticəsində Türkiyəyə gətirilib. Daha sonra həbs edilib.
Onu da qeyd edək ki,barəsində 15 il həbs cəzası olan Rasim Akyol, Hatayda 25 kq partlayıcı maddəsaxlanılan PKK/KCK üzvlərinə köməklik göstərən şəxslərdən biridir.
Nurlan Şiraliyev