Türkiyənin Hatay vilayətində gün ərzində ikinci zəlzələ olub.
32gun.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, episentri Arsuz rayonu olan zəlzələ 3 bal gücündə olub.
Bakı vaxtı ilə saat 15.12-də baş verən təbiət hadisəsi yerin 4,54 km dərinliyində qeydə alınıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Hatayda 4,1 bal gücündə daha bir zəlzələ olub.
Nurlan Şiraliyev