MƏDƏNİYYƏT - ŞOU
Xalq artisti Aftandil İsrafilov dəfn edilib - YENİLƏNİB
Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov dəfn edilib.
Mərhum İkinci Fəxri Xiyabanda torpağa tapşırılıb.
xxx
11:03
Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovla Heydər Məscidində vida mərasimi keçirilir.
vida mərasimində mərhumun yaxınları, sənət adamları və ictimaiyyət nümayəndələri iştirak edir.
Mərhum saat 12:00-da II Fəxri Xiyabanda dəfn olunacaq.