Yaponiyanın 5,4 bal gücündə zəlzələ baş verib.
32gun.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi Okinava adasının şərq sahillərində qeydə alınıb.
Bildirək ki, yerli vaxtla saat 16.59 radələrində baş verən zəlzələ yerin 10 kilometr dərinliyində olub.
Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.
Nurlan Şiraliyev