Modelyer Slava Zaitsev 85 yaşında dünyasını dəyişib.
32gun.az bildirir ki, bu barədə Zaitsevin Moskvadakı moda evinin mətbuat katibi məlumat yayıb.
Mart ayında ad günündə ictimaiyyət qarşısına çıxan Zaitsevin həddindən artıq arıq olması diqqət çəkmişdi.
Qeyd edək ki, 1938-ci ildə Moskvanın şimal-şərqindəki İvanovoda təvazökar bir ailədə anadan olan Zaitsevə ticarəti anası öyrədib.
Mindən çox paltar tikən Zaitsev Paris "Match" jurnalı tərəfindən "Dior ruge" ləqəbi alıb. “Vogue” jurnalı isə ona “sovet modasının çarı” ləqəbi verib.
Zaitsev kommunist rejiminə görə öz peşəsini SSRİ və Çexoslovakiyadan kənarda icra edə bilməyib.
Ayxan