DÜNYA ÖZ XƏBƏR

7-ci sinif şagirdindən DƏHŞƏTLİ ƏMƏL: Məktəbə silahlı hücum etdi

7-ci sinif şagirdi məktəbə silahlı hücum edib.

32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, sözügedən hadisə Serbiyanın paytaxtı Belqradda baş verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 5 nəfər yaralanıb. Hücum zamanı həyatını itirən şəxsin məktəbin mühafizəçisi olduğu məlum olub.

Ölkənin daxili işlər nazirliyindən verilən açıqlamada, hadisəni törədən şəxsin Vladislav Ribnikar olduğu bildirilib.

Qeyd edək ki, məktəblinin istifadə etdiyi silahın atasına məxsus olduğu ortaya çıxıb.

Nurlan Şiraliyev

 

Oxşar Xəbərlər