Məmləkət Partiyasının lideri Məhərrəm İncə prezidentliyə namizədlikdən geri çəkilmək üçün şərtini açıqlayıb.
32gun.az xəbər verir ki, partiya lideri bu barədə qatıldığı televiziya proqramında danışıb.
"Davudoğlu və Babacan ittifaqdan çıxsın, mən nə vitse-prezident, nə nazir, nə də başqa bir şey istəmirəm. Mən ölkə istəyirəm. Onları (Davudoğlu və Babacan) mühakimə edəcəyik, Ali Məhkəməyə gedəcəklər. Üç vitse-prezident bəsdir. Hörmətli Akşener, Əkrəm İmamoğlu və Mənsur Yavaş, bu adlar kifayətdir".
Nurlan Şiraliyev