DÜNYA ÖZ XƏBƏR

Bu bölgədə dronlar QADAĞAN EDİLDİ - SƏBƏB

"Çuvaşiya Respublikasında dronların istifadəsinə qadağa yerli hakimiyyət orqanlarının növbəti xəbərdarlığına qədər tətbiq olunacaq" 

32gun.az xarici KİV-ə istinadən bildirir ki, bunu regionun rəhbəri Oleq Nikolaev ona məxsus olan  "Telegram" kanalında bildirib.  O qeyd edib ki, əvvəllər fərman may bayramları dövrü üçün tətbiq edilsə də, son hadisələrlə əlaqədar qadağa müddətsiz olub.

"Aprelin 18-də terrorizmlə mübarizə üçün artıq görülən tədbirlərə əlavə olaraq, mayın 1-dən İHA-ların istifadəsini qadağan etmək qərarına gəldik. Hələlik, bayram günlərinə şamil ediləcək. Biz bu normanı növbəti xəbərdarlığa qədər daimi əsasda təşkil edəcəyik” - deyə o qeyd edib. 

Qeyd edək ki, bundan öncə Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun mətbuat xidməti bölgədə müvəqqəti olaraq pilotsuz uçuş aparatlarının uçuşu üçün icazələrin verilməsinə qadağa qoyulduğunu bildirmiş, Fövqəladə hallar xidmətləri və rəsmilər üçün istisnanın ediləcəyini vurğulamışdı. 

Xatırladaq ki, Mayın 3-nə keçən gecə Kreml iki pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Prezidentin sözcüsü Peskovun sözlərinə görə, Ukraynanın Kremlə pilotsuz təyyarələrlə zərbə endirmək cəhdi Qələbə Günü ərəfəsində planlaşdırılan terror aktı və Rusiya prezidenti Vladimir Putinin həyatına qəsd kimi qiymətləndirilməlidir. O, Rusiyanın cavab tədbirləri görmək hüququna malik olduğunu bəyan edib. 

Dinara Şükür 

 

Oxşar Xəbərlər