DÜNYA ÖZ XƏBƏR

Putin tacikistanlı həmkarını Moskvaya dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı Emoməli Rəhmonu Moskvaya səfərə dəvət edib.

32gun.az xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfərin məqsədi mayın 9-da keçiriləcək bayram tədbirlərində birgə iştirakdır.

Qeyd edək ki, mayın 9-da Moskvada "İkinci Dünya müharibəsi"ndə qələbənin 78-ci ildönümü qeyd ediləcək.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər