DÜNYA ÖZ XƏBƏR

Şəxsiyyəti məlum olmayan qadın cəsədi TAPILDI

Türkiyənin Adıyaman bölgəsində baş verən zəlzələ nəticəsində ciddi ziyan dəymiş ərazinin bağçasında şəxsiyyəti məlum olmayan gənc qadının meyiti tapılıb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ərazinin bağçasında, yerdə hərəkətsiz vəziyyətdə uzananın gənc qadın olduğunu anlayan vətəndaşlar vəziyyəti təcili yardım mərkəzinə bildiriblər.

Qısa müddətdə hadisə yerinə gələn təcili yardım qrupları 18-19 yaşlarında olduğu təxmin edilən gənc qadının öldüyünü müəyyən edib.

Şəxsiyyəti hələ müəyyən edilməyən gənc qadının cəsədi  morqa aparılıb.

Rza Hüseynov

Adıyaman'da genç kadının cesedi bulundu - Resim : 1

Oxşar Xəbərlər