DÜNYA ÖZ XƏBƏR

Əkrəm İmamoğlunun mitinqi zamanı İNSİDENT törədən şəxslər HƏBS EDİLDİ

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu Ərzurumda keçirdiyi mitinq zamanı hücuma məruz qalıb.

32gun.az xəbər verir ki, mitinq zamanı baş verən hadisələrlə bağlı Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ məlumat verib.

Onun sözlərinə görə, baş verən hücumla bağlı araşdırma başladılıb. Eyni zamanda Bozdağ, saxlanılanların olduğunu bildirib.

"Hadisəyə görə məsuliyyət daşıyan şəxslərlə bağlı qərarlar çıxarılıb. Proses izlənilir. Məhkəmə qanun çərçivəsində qərarını verəcək. Hazırda həbsdə olunanlar var".

Bildirək ki, sözügedən hadisə İmamoğlu çıxış edərkən baş tutub. Onun seçki avtobusu ətrafdakı şəxslər tərəfindən daşlı hücuma məruz qalıb. Hadisə zamanı mitinq iştirakçılarından bəziləri yaralanıb. İmamoğlu tədbiri yarımçıq tərk edərək İstanbula geri dönüb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər