MƏDƏNİYYƏT - ŞOU

Məşhur aktrisa küçənin ortasında görün nə halda görüntüləndi - Heç kimi vecinə almadan...

Aktrisa Burcu Binici özündən 6 yaş kiçik sevgilisi basketbolçu Muhammed Mustafa Baygüllə görüntülənib.

Axşam.az xəbər verir ki, cütlüyün bir neçə həftədir eşq yaşadığı ortaya çıxıb. Onlar Bebekdə obyektivlərə tuş gəlib. Məkanların birində yemək yedikdən sonra ikili ayrı-ayrı taksiyə minərək oradan uzaqlaşıb.

Bir-biri ilə vidalaşan ikili küçədə dodaq-dodağa lentə alınıb.

Qeyd edək ki, aktrisa bundan əvvəl aktyor Alp Navruzla birlikdə idi.

Oxşar Xəbərlər