Melitopol məhkəməsinin sədrinə qarşı sui-qəsd təşkil edilib.
32gun.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Zaporojye vilayətinin qubernator vəzifəsini icra edən Yevgeni Balitski məlumat verib.
O, bu barədə öz "Telegram" səhifəsində yazıb:
"Sui-qəsd nəticəsində hakim xəsarət almasa da, iki mühafizəçi yaralanıb, onlar tibb müəssisəsindədirlər"
Həmçinin, sui-qəsd təşkilatçılarının kimliyi barədə məlumat yoxdur, hazırda cinayət işi üzrə istintaq davam edir.
Nurlan Şiraliyev