DÜNYA ÖZ XƏBƏR

Ukrayna ordusu müdafiədən hücuma keçdi - Bu istiqamətdə

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar son 24 saat ərzində ordunun bəzi yerlərdə 200-1100 metr arasında Bəhmut istiqamətində irəlilədiyini bildirib.

32gun.az bildirir ki, Malyar, sosial media hesabından verdiyi açıqlamada ölkənin şərq cəbhəsindəki vəziyyəti dəyərləndirib:

"Bəhmut bölgəsində əsgərlərimiz müdafiədən hücuma keçdi. Son gün Bəhmut istiqamətində bəzi yerlərdə 200-1100 metr irəlilədik".

Rusların sözügedən istiqamətdə müdafiəyə keçərək mövqelərini qorumağa çalışdıqlarını qeyd edən Malyar "Düşmən hazırda özünü müdafiə etmək üçün ehtiyatlarını dərinliklərdən bu bölgəyə çəkir" deyə bildirib. 

Ayxan 

Oxşar Xəbərlər