MİT-in İraq/Süleymaniyyə-Çəmçemal çölündə keçirdiyi əməliyyatda PKK-nın ən vacib şəxsləri zərərsizləşdirilib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, zərərsizləşdirilən terrorçular PKK/KCK-nın İraq sahəsində yüksək səviyyəli idarəçilərindən biri və boz siyahıda axtarışda olan PKK/HPG "zabit"lərindən Sinan Dijvar kod adlı Fehmi Öğmen, Ş.Reşit Batalyonunun "rəis"i Mazlum Koçer kod adlı Mehmet Salih Çakal və Ararat Tolhildan kod adlı Ahmed Mehmet Alidir.
Həmçinin sahə agentləri vasitəsilə MİT terror təşkilat üzvlərinin məxfi şəkildə istifadə etdiyi ərazini müəyyən edib.
Ayxan


