DÜNYA ÖZ XƏBƏR

Qandonduran QƏTL: Qaynının arvadı ilə sevgili oldu - Onu öldürdü

Qaziantepdə qan donduran qətl hadisəsi baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, qayınının arvadı ilə sevgili olan kişi onu öldürüb. 

Belə ki, Məhəmməd Mustafa (34) adlı əcnəbi vətəndaş Türkiyəyə qeyri-qanuni yollarla gələn qaynı Hassan El Mellenin (23) həyat yoldaşı Dela Marravi (22) ilə gizli eşq yaşayıblar. 

Daha sonra münasibətlərini rahat yaşamağa qərar verən Muhammed Mustafa və Dela Marravi Hassan El Melleni öldürmək üçün plan qurublar. Evdə olarkən M. Mustafa   arxadan yaxınlaşdığı Hassan El Mellenin boğazını qəssab bıçağı ilə kəsib və qaçıb.

Boğazı vəhşicəsinə kəsilən El Melle hadisə yerində həyatını itirərkən, qətl şübhəlisi Məhəmməd Mustafa Qaziantepdən Kilisə, oradan da Suriyaya qaçmaq üçün motosikletinə minib. 

Cinayəti törətməkdə ittiham olunan şəxs  Yol Nəzarət Məntəqələrinin birində saxlanılıb. 

Qətl şübhəlisi və şübhəli şahid qadının ifadəsi alınması üçün bölməyə aparılıb. Hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılır. 

Ayxan

AW909326_02

Oxşar Xəbərlər